"Turan" Xorvatiya səfərində

 "Turan" Xorvatiya səfərində

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, son Azərbaycan çempionu səfərdə Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşacaq.

Zaqrebdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan ilk dueldə təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.

Cütün qalibi növbəti raundda Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.