Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisi Latviya açıq çempionatının əsas mərhələsində uğurla çıxış edib.
Mediasport.com.az xəbər verir ki, qrup və pley-off mərhələsindən ibarət olan yarışda Məhəmməd Aslanlı-İbrahim Məmmədov cütlüyü gümüş medal qazanıb.
Komandamız həlledici dueldə ev sahiblərinə məğlub olub - 1:2.
Turnirdə ev sahibinin 12, Estoniyanın 2, Azərbaycan və Litvanın isə 1 komandası yarışıb.
Millimiz Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.