Milli komandamız Gümüş Avropa Liqasına Gürcüstanda hazırlaşır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasına hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.
"Mediasport" xəbər verir ki, Tbilisidə beş gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Qeyd edək ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Avropa Gümüş Liqasında ilk turun oyunlarını iyunun 6-8-də İsveçdə keçirəcək.
İkinci turun qarşılaşmaları 13-15 iyunda Azərbaycanda, üçüncü tur isə 20-22 iyunda Farer adalarında təşkil olunacaq.
Avropa Gümüş Liqası. I turnir (İsveç)
6 iyun
17:00 Azərbaycan - İsveç
7 iyun
17:00 Gürcüstan - Azərbaycan
8 iyun
17:00 İsveç – Gürcüstan
II turnir (Azərbaycan)
13 iyun
18:00 Lüksemburq - Azərbaycan
14 iyun
18:00 Macarıstan – Lüksemburq
15 iyun
18:00 Azərbaycan - Macarıstan
III turnir (Farer adaları)
20 iyun
19:00 Azərbaycan - Farer adaları
21 iyun
17:00 Avstriya – Azərbaycan
22 iyun
17:00 Farer adaları – Avstriya