Kəmalə Əsgərovaya Avropa çempionatının final mərhələsində

  Kəmalə Əsgərovaya Avropa çempionatının final mərhələsində

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti beynəlxalq təyinat alıb.

"Mediasport" xəbər verir ki, Əsgərova İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyacaq.

İyulun 7-də start götürən qitə birinciliyi iyulun 18-dək davam edəcək.