AVF rəsmisi CEV Kubokunda hakimlərə qiymət verəcək
Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Bu barədə "Mediasport"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.
Y.Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq "Korona" (Rumıniya) - "Volley Şönenverd" (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
