Azərbaycan milli komandası III MDB Oyunlarında 3-cü yeri tutdu

 Azərbaycan milli komandası III MDB Oyunlarında 3-cü yeri tutdu

III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında qaliblər müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Gəncə İdman Sarayında günün ilk qarşılaşması bürünc medal uğrunda olub.

Azərbaycan həlledici dueldə Özbəkistan millisinə 3:1 hesabı ilə qalib gələrək yarışın bürünc mükafatını qazanıb.

Rusiya və Belarus yığmaları arasında baş tutan finalda isə birincilər qələbə qazanaraq Oyunlarının qızıl medalını əldə ediblər.