Yığmamız Avropa Liqasında mübarizəyə Bakıda start verir

 Yığmamız Avropa Liqasında mübarizəyə Bakıda start verir

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə start verir.

"Mediasport" xəbər verir ki, yığmamız bu gün İsveçlə üz-üzə gələcək.

Bu görüş saat 18:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, millimiz iki gün sonra iyunun 7-də Estoniya ilə qarşılaşacaq.