Azərbaycan komandası "Sportinq"i səfərdə məğlub edib mərhələ keçdi
Kişi voleybolçulardan ibarət "Xilasedici" klubu CEV Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Portuqaliyada "Sportinq"lə cavab oyununda geridönüş etməyə müvəffəq olub.
Ötən həftə rəqibinə Bakıda uduzan (2:3) komanda eyni hesabla qalib gələrək matçı qızıl setə daşıyıb.
Burada 15:13 hesablı qələbə "Xilasedici"ni növbəti raunda aparıb.
3-cü etapda rəqib “ACH Volley Lüblyana” (Sloveniya) - “Orion Stars DOETINCHEM” (Niderland) cütünün qalibi olacaq.

