Azərbaycan komandası Çelenc Kubokunda mübarizəni dayandırdı
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda 1/16 final mərhələsinin cavab oyununu keçirib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Belçikada “Lindemans”la qarşılaşıb.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləcə, təmsilçimiz turnirdə mübarizəni dayandırıb.
Xatırladaq ki, "Xilasedici" ötən il dekabrın 9-da Bakıda baş tutan ilk matçda da uduzmuşdu (0:3).
