İkiqat dünya çempionu Azərbaycan çempionatında oynayacaq - RƏSMİ

İkiqat dünya çempionu Azərbaycan çempionatında oynayacaq - RƏSMİ

Kişilərdən ibarət “Ordu” voleybol komandası növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan Yüksək Liqası təmsilçisi Polşa voleybolunun əfsanəsi Mixal Kubyakı transfer edib.

Onunla bir mövsümlük müqavilə bağlanıb.

Qeyd edək ki, uzun illər Polşa yığmasının kapitanı olmuş Kubyak 2014 və 2018-ci illərdə millinin heyətində dünya çempionluğunu qazanıb.