Yığma komandamızın yekun heyəti açıqlandı - Avropa Liqası

 Yığma komandamızın yekun heyəti açıqlandı - Avropa Liqası

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından "Mediasport"a verilən məlumata görə, baş məşqçi Boris Qrebennikov yarışda 14 oyunçunun xidmətindən istifadə edəcək.

Yığmamız Avropa Liqasında ilk oyunlarını 5-7 iyun tarixlərində İsveçdə yerli milli və Yunanıstan komandasına qarşı keçirəcək.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə;

Orta sahə oyunçuları: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov;

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablu;

Liberolar: Asif Əliyev, Nihad Qasımov.