Azərbaycanda yeni klub yaradıldı

 Azərbaycanda yeni klub yaradıldı

Azərbaycanda yeni qadın voleybol klubu yaradılıb.

"Mediasport" xəbər verir ki, paytaxtı təmsil edəcək "DH Volley Baku" klubu fəaliyyətə başlayıb.

Komanda növbəti mövsümdən Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.

Sabah klubun rəsmi təqdimat mərasimi keçiriləcək.

Tədbirdə "DH Volley Baku"nun prezidenti, Təşkilat Komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.