Millimiz İsveçrə ilə üz-üzə gəlir

  Millimiz İsveçrə ilə üz-üzə gəlir

Bu gün qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasında 3-cü turun növbəti oyunlarına çıxacaqlar.

"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığmamız Şimali Makedoniyada İsveçrə ilə üz-üzə gələcək.

Kişilərdən ibarət milli komandamız dünən baş tutan dueldə Macarıstana 1:3 hesabı ilə uduzub (19:25, 25:22, 27:29, 16:25).

Qadın voleybolçularımız isə İsraili 3:0 hesabı ilə məğlub edib - 3:0 (25:20, 25:19, 25:20).

Avropa Liqası. 3-cü tur

20 iyun

Qadınların mübarizəsi

20:00 İsveçrə - Azərbaycan