"Turan" Çempionlar Liqasının medalçısı ilə müqavilə bağladı
Qadın voleybolçular arasında Yüksək Liqanın son qalibi "Turan" heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, avrokuboklarda debüt edəcək komanda Vilma Salasla anlaşıb.
Kuba milli komandasının üzvü ilə 1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, 188 sm boya malik hücumçu daha əvvəl (2013-2015) Azərbaycanda "Rabitə" ilə CEV Çempionlar Liqasında gümüş və bürünc medalçı olub.
"Turan" qarşıdakı mövsüm Azərbaycanı CEV Çempionlar Liqasında təmsil edəcək.


