Azərbaycan millisinin meneceri "Qalatasaray"ın pley-off matçında

 Azərbaycan millisinin meneceri "Qalatasaray"ın pley-off matçında

Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Hazırda Azərbaycanın kişilərdən ibarət millisinin meneceri kimi çalışan Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" (Türkiyə) - "Alyans MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.

Qeyd edək ki, Yelena Parxomenko daha əvvəl CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarka Menyorka" (İspaniya) oyununda iş başında olub.