Azərbaycanda yeni klub yaradıldı - Ev oyunları Naxçıvanda olacaq
Azərbaycanda yeni voleybol klubu yaradılıb.
"Mediasport" xəbər verir ki, "Möminə Xatun" adlandırılan qadın komandası qarşıdakı mövsüm Yüksək Liqada debüt edəcək.
Heyətində əsasən yerlilərin oynayacağı komanda ev oyunlarını Naxçıvanda keçirəcək.
"Möminə Xatun" rəqiblərini İlham Əliyev adına Olimpiya İdman Kompleksində qarşılayacaq.


