Türkiyə yığma komandası 2-ci dəfə Millətlər Liqasının çempionu oldu

 Türkiyə yığma komandası 2-ci dəfə Millətlər Liqasının çempionu oldu

Qadın voleybolçular arasında Millətlər Liqasının (VNL) qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Çində keçirilən turnirin həlledici duelində Türkiyə və Braziliya yığmaları qarşılaşıblar.

Cənubi amerikalılar ilk seti qazansalar da, "ay-ulduzlular" geridönüşlə inamlı qələbə əldə ediblər - 3:1.

Xatırladaq ki, 2023-cü ildə də Millətlər Liqasının qalibi Türkiyə millisi olmuşdu.