Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı növbəti iclas

Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı növbəti iclas

Ölkəmizin də ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026) təşkili ilə bağlı növbəti iclas keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyevin rəhbərliyi ilə baş tutan iclas C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasında təşkil olunub.

Toplantıda akkreditasiya prosesi, komandaların və qonaqların qarşlanması, oyunların yayımı, təhlükəsizliklə bağlı görülən işlər müzakirə olunub, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan bu və digər təşkilati məsələlərlə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, 21-28 avqust tarixlərində Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar.

CEV EuroVolley 2026-nın digər qruplarının oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) keçiriləcək.