Millimiz İtaliyaya yollandı

  Millimiz İtaliyaya yollandı

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar. 

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi İtaliyanın Koriqliano Rossano şəhərinə yola düşüblər.

11-14 sentyabrda baş tutacaq çempionatda Azərbaycan bir qız (Xədicə Hadızadə / Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov / Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.