Yığmamız yarımfinala yüksəldi

Azərbaycan oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-off mərhələsinə yüksəliblər.
"Mediasport" xəbər verir ki, Latviyanın Cesis şəhərində keçirilən yarışda oğlanların mübarizəsində İbrahim Məmmədov-Muhəmməd Aslanlı dueti qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-offa çıxıb.
Təmsilçilərimiz final yolunda Litva komandası ilə qarşılaşacaqlar.
Qızların mübarizəsində təmsilçilərimiz qrup səddini aşa bilməyiblər.
Qeyd edək ki, yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparıb.
İyulun 3-də yekun vurulacaq çempionatda ilk üç pilləni tutacaq komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.