Çimərlik voleybolunda bir ilk

  Çimərlik voleybolunda bir ilk

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "King & Queen of the Court" turniri keçiriləcək. 

"Mediasport" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 10 qadın və 10 kişi komandası çempionluq uğrunda mübarizə aparacaq.

Mayın 23-də keçiriləcək turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.