İdmançılarımız DÇ-yə lisenziya turnirində 17 medal qazandılar

Azərbaycan üzgüçüləri Çexiyada dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisində uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz yarışda 2 qızıl, 8 gümüş və 7 bürünc olmaqla 17 medal qazanıblar.
Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə 1 qızıl, 2 gümüş, Əbdürrəhman Rüstəmov 2 gümüş, 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov 2 bürünc medal əldə edib.
Turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın üzgüçü mübarizə aparıb.