Millinin heyəti açıqlandı - VİDEO

Millinin heyəti açıqlandı - VİDEO

Üzgüçülük üzrə U-18 milli komandamız 10 günlük təlim-məşq toplanışı keçmək üçün Slovakiyanın Şamorin şəhərinə yollanıb.

"Mediasport" xəbər verir ki, idmançılarımız bu hazırlıq prosesindən dərhal sonra Almaniyanın Münhen şəhərində baş tutacaq Avropa Çempionatında (U-18) ölkəmizi təmsil edəcəklər.

Azərbaycan milli komandasının heyəti

Baş məşqçi: Luka Qabrilo

Məşqçilər: Ruslan Hətəmxanov, Rəşad Əliyev

İdmançılar: Mehri Əbdürəhmanlı, Anastasiya Qnusina, Süleyman İsmayılzadə, Fərhad Şirməmmədli, Eqor Maynitskiy, Məryəm Cavadova, Oqtay Hüseynov.