“Qarabağ”ın "Park Bulvar"da yeni fanşopunun açılış tarixi dəqiqləşdi

“Qarabağ”ın "Park Bulvar"da yeni fanşopunun açılış tarixi dəqiqləşdi

“Qarabağ”ın yeni rəsmi fanşopunun açılacağı tarix dəqiqləşib.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, fanşop 23-26 sentyabr tarixlərində "Park Bulvar" AVM-də fəaliyyət göstərəcək.

Fanşop ticarət mərkəzinin birinci mərtəbəsində yerləşəcək.

“Qarabağ” tərəfdarları komandanın rəsmi və keyfiyyətli məhsullarını buradan münasib qiymətlərə əldə etmək qazanacaqlar.