Avropa Gimnastikasının Konqresi ilk dəfə Bakıda təşkil olunacaq
Bakı ilk dəfə Avropa Gimnastikasının Konqresinə ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından "Mediasport"a bildirilib ki, tədbirdə 50 milli federasiyanın nümayəndələrinin iştirakı gözlənilir.
32-ci konqres 2027-ci il dekabrın 10-11-də keçiriləcək.


