İranlı forvard Azərbaycana döndü
1-ci Liqada mübarizə aparan “Baku Sportinq” növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, paytaxt klubu Əli Babayini transfer edib.
Mərkəz hücumçusu ilə 1 illik müqavilə bağlanıb.
Forvard karyerası ərzində “Sepahan”, “Anakara Keçiörengücü”, “Ferizaj”, “Dukaqgini” və ölkəmizdə “Səbail” klublarında oynayıb.


