Lamin Yamaldan Fələstinə dəstək
"Barselona"nın ulduz futbolçusu Lamin Yamal çempionluq paradında Fələstinə dəstək olub.
"Mediasport" xəbər verir ki, bu ölkənin bayrağını nümayiş etdirib.
İspaniya milli komandasının üzvünün bu addımı sosial mediada böyük maraq doğurub.
Xatırladaq ki, Kataloniya klubu La Liqanın 35-ci turunun "Real" ilə matçında 2:0 hesabı ilə qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.
