Azərbaycan çempionatında finalçılar bu axşam məlum olacaq

Azərbaycan çempionatında finalçılar bu axşam məlum olacaq

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar bu axşam məlum olacaq.

"Mediasport" xəbər verir ki, yarımfinalın ilk görüşü saat 19:30-da “Qalaksi” və “Birbaşa Bakı” komandaları arasında keçiriləcək.

Final yolunda digər cütdə isə saat 21:00-da “Aznur” və “Zirə” kollektivləri qarşılaşacaqlar.

Oyunlar Bakı Tennis Akademiyasında təşkil ediləcək.