“Neftçi” əfsanəvi Banişevskinin xatirəsini əbədiləşdirdi - FOTO
“Neftçi” əfsanəvi oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.
"Mediasport" xəbər verir ki, bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri - “Cənub” tribunası Anatoli Banişevskinin adını daşıyacaq.
Paytaxt təmsilçisi bununla əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atdığını açıqlayıb.
Qeyd edək ki, bu gün Azərbaycan futbolunun əfsanəsinin anadan olmasından 80 il ötür.
O, 1997-ci il dekabrın 10-da vəfat edib.


