"Turan Tovuz"la oyunda zədələnən Vaskes Rollonun durumu açıqlandı

Azərbaycan çempionatının debütantı "İmişli" Premyer Liqanın 1-ci turunda "Turan Tovuz"a uduzub (0:1).
"Mediasport" xəbər verir ki, qarşılaşmada qapıçı ilə toqquşma nəticəsində zədələnən aranlıların futbolçusu Vaskes Rollonun durumu açıqlanıb.
Həkimlərin ilkin rəyinə əsasən, vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Braziliyalının müalicəsi davam etdirilir.
Xatırladaq ki, "İmişli" Premyer Liqanın ikinci turunda "Neftçi" ilə üz-üzə gələcək.
View this post on Instagram