"Neftçi"nin illik büdcəsi açıqlandı - 30 milyon manata yaxın pul...

"Neftçi"nin illik büdcəsi açıqlandı - 30 milyon manata yaxın pul...

"Neftçi" 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.

"Mediasport" xəbər verir ki, komandaya 30 milyon manata yaxın vəsait xərclənib.

Uğursuz nəticələr bir-birini əvəzləsə də, "ağ-qaralar"ın maliyyə sarıdan sıxıntısının olmadığı açıqlanan hesabatdan aydın görünür.

2024-cü ildə paytaxt klubunun büdcəsi 28 milyon 250 min 286 manat təşkil edib.

Büdcədən 20 milyon 263 min 958 manat maaş və mükafatlara sərf edilib. 6 milyon 394 min 408 manat sair xərclər üçün istifadə olunub.

Rəsmi hesabata əsasən, geridə qalan ildə "Neftçi"nin sponsorlardan reklam gəliri 3 milyon 384 min 835 manat olub.

Bilet satışı isə kluba 99 min 251 manat qazanc gətirib.

"Neftçilər" 2024-cü ili 120 min 398 manat zərərlə başa vurublar.