"Zirə"nin üzvü Mozambik yolunda

“Zirə” klubunun yeni transferi Rikardo Martinş Gimaraynş milliyə dəvət alıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi Mozambik millisinin dünya çempionatının seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.
Mozambik kollektivi martın 20-də Uqanda, 25-də isə Əlcəzairlə üz-üzə gələcək.
29 yaşlı oyunçu martın 16-da yığmanın düşərgəsinə qoşulacaq.