DÇ-də iştirak edəcək 4 komanda Kolumbiyada müəyyənləşəcək

DÇ-də iştirak edəcək 4 komanda Kolumbiyada müəyyənləşəcək

Cənubi Amerika qitəsində futbol üzrə U-20 dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda yarışın keçiriləcəyi yer müəyyənləşib.

"Mediasport" xəbər verir ki, turnir 2027-ci ilin əvvəlində Kolumbiyanın Medellin və Envixado şəhərlərində təşkil olunacaq.

Yanvarın 22-dən fevralın 7-dək baş tutacaq yarışın nəticələrinə görə, yarımfinala yüksələcək 4 komanda Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi FİFA U-20 Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, mundialın final mərhələsi 17 sentyabr - 9 oktyabr aralığında keçiriləcək.