"Qarabağ" Çempionlar Liqası matçı üçün Şimali Makedoniyaya yollandı
UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ" III təsnifat mərhələsinin ilk oyunu üçün Şimali Makedoniyaya yollanıb.
"Mediasport" xəbər verir ki, "köhlən atlar" səfərdə "Şkendiya" ilə üz-üzə gələcək.
Avqustun 5 -də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
"Todor Proeski" stadionunda oynanılacaq matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.







