Juninyo qışda "Qarabağ"a qayıdır? - Yanvarda "Flamenqu"dan ayrılacaq
2023-ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”da forma geyinmiş Olavio Juninyo Ağdam klubuna qayıda bilər.
"Mediasport" xəbər verir ki, "Flamenqu"da heyətə düşə bilməyən braziliyalı forvard vətənində qalmaq istəmir.
Braziliya mətbuatı yazır ki, baş məşqçi Luis Felipenin şans vermədiyi hücumçu qışda yenidən Avropaya üz tutacaq.
Xatırladaq ki, Azərbaycan çempionu braziliyalılara 5 milyon avroya satdığı "sambaçı"nı yayda icarəyə götürmək istəsə də, klubu buraxmamışdı.
O, "köhlən atlar"ın heyətində 48 oyuna 23 qolla yadda qalıb.
