Azərbaycan millisinin qapıçısı Superliqada klubunu dəyişdi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.
"Mediasport" xəbər verir ki, 23 yaşlı qapıçı Superliqada yarışan digər kollektivə - Girəsunun "Sanayispor" komandasına keçib.
Xatırladaq ki, 2020-ci ildən əsas yığmamızda forma geynən qolkiper son mövsümdə "Fatih Vətən"də oynayıb.
O, daha əvvəl "Baku Siti", "Keşa", "Tbilisi" və "Eriğli" klublarında forma geyinib.
