2025-ci ildə dünyada ən çox qazanan idmançılar açıqlandı

Nüfuzlu “Forbes” jurnalı 2025-ci ildə dünyada ən çox qazanan idmançılarının reytinqini tərtib edib.
"Mediasport" xəbər verir ki, sıralamada “idman sahəsində” (maaş, bonuslar, pul mükafatları) və “idmandan kənar” (sponsorluq və digər sövdələşmələr) gəlirlər nəzərə alınıb.
Reytinqin lideri Portuqaliya milli komandasının futbolçusu Kristiano Ronaldodur.
Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən 40 yaşlı superulduzun ilin geridə qalan hissəsində qazancı 275 milyon dollar olub.
"10-luq"da basketbolçu Stiven Karri 2-ci, boksçu Tayson Fyuri 3-cüdür.
2025-ci ildə ən çox qazanan idmançılar
1. Kristiano Ronaldo (futbol) – 275 milyon dollar (idmandan 225 milyon + kənardan 50 milyon)
2. Stiven Karri (basketbol) – 156 (100+56) milyon dollar
3. Tayson Fyuri (boks) – 146 (140+6) milyon dollar
4. Dak Preskott (Amerika futbolu) – 137 (127+10) milyon dollar
5. Lionel Messi (futbol) – 135 (60+75) milyon dollar
6. Lebron Ceyms (basketbol) – 133,8 (48,8+85) milyon dollar
7. Xuan Soto (beysbol) – 114 (109+5) milyon dollar
8. Kərim Benzema (futbol) – 104 (100+4) milyon dollar
9. Şohei Ohtani (beysbol) – 102,5 (2,5+100) milyon dollar
10. Kevin Dürant (basketbol) – 101,4 (51,4+50) milyon dollar