"Çatışmazlıqlar var və oyundan-oyuna daha yaxşı olacağıq"
"Azarkeşlərə təşəkkür edirəm. Sona qədər dəstək oldular. Futbolçular onların dəstəyini yerə vurmadılar".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 24-cü turunun "Turan Tovuz"la matçı haqda danışıb:
"Çatışmazlıqlarımız var və oyundan-oyuna daha yaxşı olacağıq. İstədiyimiz oyunu oynamağa çalışacağıq. Vaxt keçdikcə başqa “Kəpəz” görəcəyik.
Jo Batista “Neftçi”yə də belə qol vurmuşdu. Bunu təhlil etməmişdiniz?
– Hücuma çıxanda top itirdik və zona boşaldı. Bir zonanı boşaldırsansa, digər yerlərdəki boşluqlar da tez sezilir. Rauf Rüstəmli maksimumu etməyə çalışdı. Futboldur. Rəqibin usta futbolçuları var. Onların bacarıqlarını danmaq olmaz.
Belə istəkli “Kəpəz” görməyə nə mane olur?
– Son turlarda yaxşı oynayırıq. İstəyimiz var. Deməzdim ki, qeyri-stabilik. Son 4-5 oyunda stabilik. Meydançada futbol oynayırıq. Məncə, bu gün də maraqlı futbol oldu. Uşaqlara təşəkkür edirəm ki, tapşırıqları həyata keçirdilər.
Xatırladaq ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.
