"Zirə" Konfrans Liqasında xorvatlarla bərabərə qaldı

"Zirə" Konfrans Liqasında xorvatlarla bərabərə qaldı

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək "Zirə" mövsümdə ilk matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun "qartallar"ı II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın "Hayduk" komandasını qəbul edib.

Təmsilçimiz qələbə hesabını sonadək qoruya bilməyib.

Cavab görüşü bir həftə sonra Splitdə keçiriləcək.


UEFA Avropa Konfrans Liqası. II təsnifat mərhələsi. İlk oyun


“Zirə” (Azərbaycan) – “Hayduk” (Xorvatiya) 1:1

Qollar: Brahim Konate, 31 - Antoni Kalik, 68.

Baş hakim: Xristos Vergetis (Yunanıstan)

Bakı, 8-ci km stadionu.

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 5. Anje Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 9. David Volkov.

Baş məşqçi: Rəşad Sadıqov.

"Hayduk": 1. İviça İvuşiç, 32. Şimun Hrqoviç, 31.Zvonimir Şarlija, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 7. Antoni Kalik, 10. Marko Livaya (k).

Baş məşqçi: Qonsalo Qarsiya.