Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olacaq

 Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olacaq

Yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının brifinqi təşkil olunacaq.

"Mediasport" xəbər verir ki, yanvarın 12-də saat 11:00-da başlanacaq məşqdən 15 dəqiqə əvvəl U-21-in baş məşqçisi Rəşad Eyubov media nümayəndələrinin suallarını cavablandıracaq.

Tədbir Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.