Milli komanda Qırğızıstana yollandı

  Milli komanda Qırğızıstana yollandı

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, milli komanda bu gün yarışın keçiriləcəyi Qırğızıstana yollanıb.

Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə turnirdə qələbə uğrunda mübarizə aparacaqlar.

Çolpan-Ata şəhərində baş tutacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.