Sikiriç millilərimizin oyunçuları və məşqçiləri ilə görüş keçirdi

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katibi Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qızlardan, həmçinin oğlanlardan ibarət millilərin oyunçuları və məşqçiləri ilə görüşüblər.
"Mediasport" xəbər verir ki, qonaq Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan toplantıda uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme çıxış edərək bildirib ki, məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil olunur.