Avropa Qızıl Liqasında son tur: Yığmamız Rumıniya ilə qarşılaşır

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Qızıl Liqasında son matçını keçirəcək.
"Mediasport" xəbər verir ki, komandamızın Xorvatiyanın Zadar şəhərində baş tutan raundda sonuncu rəqibi Rumıniya yığması olacaq.
Matç Bakı vaxtilə saat 18:30-da başlanacaq.
Son olaraq dünən Xorvatiyaya uduzan Faiq Qarayevin komandası hazıda 5 oyundan sonra turnirin sonuncu pilləsində qərarlaşıb.