Avropa Liqasında 3-cü tur: Milli komandalarımızın oyun təqvimi

  Avropa Liqasında 3-cü tur: Milli komandalarımızın oyun təqvimi

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasında mübarizəni davam etdirirlər.

"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığmamız üçüncü turun oyunlarını Şimali Makedoniyanın Strumitsa şəhərində keçirəcək.

Komandamız bu mərhələdə İsrail və İsveçrə milliləri ilə qarşılaşacaq.

Kişilərdən ibarət milli komandamız isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda mübarizə aparacaq.

Yığmamız Macarıstan və Portuqaliya milliləri ilə üz-üzə gələcək.

İki turdan sonra qadın millimiz 2 qələbə ilə 6 xal toplayıb. Kişilərdən ibarət yığma komandamızın isə qələbəsi və xalı yoxdur.

Avropa Liqasında üçüncü turun oyunları 19-21 iyun tarixlərində keçiriləcək.

Avropa Liqası. 3-cü tur

Qadınların mübarizəsi

19 iyun

Azərbaycan - İsrail

20 iyun

İsveçrə - Azərbaycan

21 iyun

İsrail - İsveçrə

Kişilərin mübarizəsi

19 iyun

Macarıstan - Azərbaycan

20 iyun

Portuqaliya - Macarıstan

21 iyun

Azərbaycan - Portuqaliya