Onur Quluzadə Çinə gedir

 Onur Quluzadə Çinə gedir

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak etmək üçün Çinə yollanacaq.

"Mediasport" xəbər verir ki, idmançımız Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Toplanış iyunun 16-dan iyulun 4-dək davam edəcək.

Təlim-məşq qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.