U-20 Qubada qələbə qazandı
20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan milli komandası Qubada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Avropa çempionatının I təsnifat mərhələsinə Şərqi Avropa Voleybol Zona Assosiasiyasının qarşıdakı turnirinə hazırlaşan yığmamız Milli Aviasiya Akademiyasının gənclərdən ibarət komandası ilə qüvvəsini sınayıb.
Görüş millimizin 3:0 hesablə qələbəsi ilə yekunlaşıb.
U-20-nin Quba toplanışı oktyabrın 19-dək davam edəcək.

