Fikrət Axundov Yunanıstana gedir
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
"Mediasport" xəbər verir ki, Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda "Panionios" (Yunanıstan) və "CSM Korona" (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.
Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.
Oyun sabah Yunanıstada keçiriləcək.
