Milli komandalarımız 3-cü turun oyunlarına başlayır - Avropa Liqası

  Milli komandalarımız 3-cü turun oyunlarına başlayır - Avropa Liqası

Bu gün qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasında 3-cü turun oyunlarına çıxacaqlar.

"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığmamız Şimali Makedoniyada İsraillə üz-üzə gələcək.

Kişilərdən ibarət milli komandamız isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda Macarıstanla qarşılaşacaq.

Avropa Liqasında üçüncü turun oyunları 19-21 iyun tarixlərində keçiriləcək.

Avropa Liqası. 3-cü tur

19 iyun

Qadınların mübarizəsi

20:00 Azərbaycan - İsrail

Kişilərin mübarizəsi

18:00 Macarıstan - Azərbaycan