Vüsalə Kazımova İtaliyada Avropa çempionatı oyunlarında olacaq

 Vüsalə Kazımova İtaliyada Avropa çempionatı oyunlarında olacaq

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

AVF-dən "Mediasport"a verilən məlumata görə, o, çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında iştirak edəcək.

Həmyerlimiz 10-14 sentyabr tarixlərində İtaliyanın Coriqliano Rossano şəhərinə baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək