Azərbaycan millisinin kapitanı Macarıstan klubundan ayrıldı

Azərbaycan millisinin kapitanı Macarıstan klubundan ayrıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova Macarıstanın "Vaşaş Obuda" klubundan ayrılıb.

"Mediasport" xəbər verir ki, təcrübəli blokçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

33 yaşlı voleybolçu vidalaşmağın zamanı gəldiyini açıqlayıb.

Xatırladaq ki, Abduləzimova 6 mövsümlük "Vaşaş" karyerasında 5 dəfə Macarıstan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.